Sənin Bir Təbəssümün
Aşıqlar Qrupu
3:47Binələri çadır-çadır Çox gəzmişəm özüm, dağlar Qüdrətini sizdən aldı Mənim sazım, sözüm, dağlar, o-o-o Maral gəzər asta-asta Enib gələr çeşmə üstə Gözüm yolda, könlüm səsdə Deyin, necə dözüm, dağlar? Bir qonağam bu dünyada Bir gün ömrüm gedər bada Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar, bizim dağlar Hər obanın bir yaylağı Hər tərlanın öz oylağı Dolaylarda bahar çağı Bir doyunca gəzim, dağlar, o-o-o Qayaları baş-başadır Güneyləri tamaşadır Gödək ömrü çox yaşadır Canım dağlar, gözüm dağlar Bir qonağam bu dünyada Bir gün ömrüm gedər bada Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar, bizim dağlar Bir qonağam bu dünyada Bir gün ömrüm gedər bada Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar, bizim dağlar Bizim dağlar