Özün Günahkarsan (Live)

Özün Günahkarsan (Live)

Aygün Bəylər

Длительность: 4:39
Год: 2023
Скачать MP3

Текст песни

İllər boyu həsrətimi duymaz oldun
İllər boyu kədərimi bölmədin də
Çox vaxt güldüm ağlayaraq için-için
Bircə sözlə göz yaşımı silmədin də
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən

Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün də yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən

Yad baxışlar dikilibdir gözlərinə
Sənsə mənə peşman qəlb gətirmisən
Necə verim sabahımı, necə sənə?
Sən ki mənim dünənimi itirmisən
Nə deyim, nə? Bir ümmandın mənim üçün
Heç xəbərin olubmu, de, ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən

Bəs bilmirdin, bəs duymurdun bu gününü
Bir gün yenə bu ocağa dönəcəksən?
Bəs bilmirdin, dodaqlarda alışanda
Mənim üçün ürəyimdə sönəcəksən?
Nə deyim, nə? Günahını qaytar mənə
Ürəyimdə yanar bir od söndürmüsən
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən sən