Olmaz-Olmaz Deyirsən
Aygün Bayramova
8:36Sən gözəl bir sonasan, maral baxışı canlar alar Ayqabaq, lalə yanaq, sevgilisin dərdə salan Gözəlim, naz eləmə, insaf elə, ağrın alım Bu cavan aşiqini hicr oduna salma gözəl Sənə mən qurban olum, ay qaraqaş, ay qaratel Məni min dərdə salan özgələrə bağlama bel Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar Qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar Səbri-qərar, səbri-qərar, nazlı balam, nazlı yarım, insaf elə Baxışın canlar alan, gül yanağın aya dəyər Yar, sənin bircə sözün bütün bu dünyaya dəyər Gözlərim gördü onu, sevdi onu, yandı könül Məni məftun eləyib zülfünə bağlandı könül Sənə mən qurban olum, ay qara qaş, ay qara tel Məni min dərdə salan, özgələrə bağlama bel Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar Qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar Səbri-qərar, səbri-qərar, nazlı balam, nazlı yarım, insaf elə Baxışın canlar alan, kirpiklərin oxdur sənin Həsrətindən ölürəm, yar, xəbərin yoxdur sənin Can deyib, can eşidək, könlü cavan, qəlbi təmiz Belə xoş günlər içində yaşayaq gül kimi biz Sənə mən qurban olum, ay qara qaş, ay qara tel Məni min dərdə salan, özgələrə bağlama bel Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Bir vətən mülkünə bax, gör nə gülüstanım var Nərgizim, yasəmənim, sünbülü, reyhanım var Qədəmi düşmən qoysa vətən torpağına Onu məhv eyləməyə lazım imkan Məni şəm yandıra bilməz oda pərvanə kimi Yurdum odlar vətəni, çün Azərbaycanım var Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Gözəlim, sevdiciyim, dərdini çəkmək tələbin Qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar Qalmadı məndə nə taqət, nə də ki, səbri-qərar Səbri-qərar, səbri-qərar, nazlı balam, nazlı yarım, insaf elə