Hər Şey Gözəldir (Feat. Akif İslamzadə & Brilliant Dadaşova)
Cavanşir Quliyev
4:01Novruz gəlib yaz gəlib Bir əlində saz gəlib Bir əlində xoncası Açıb gülün qönçəsi Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib... Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib... Kosa səndə gəlsənə Gəlib Salam versənə O torbanı ver görək Yumurtalar rəngbərəng Hər biri can dərmanı Ver dolduraq torbanı... Hər biri can dərmanı Ver dolduraq torbanı... Novruza bax, yaza bax O əriyən buza bax Sellər axır şırhaşır Çöllər olur yamyaşıl Ot bitir yemlik bitir Keçəl başa tük bitir... Ot bitir yemlik bitir Keçəl başa tük bitir... Keçəl başın yağlasın Dəsmal verək bağlasın Məclis quraq oynasın Çırdıq vuraq oynasın Əl çalaq alqışlayaq Bu məclisi başlayaq... Əl çalaq alqışlayaq Bu məclisi başlayaq... Novruz gəlib, yaz gəlib Bir əlində saz gəlib Bir əlində xoncası Açıb gülün qönçəsi Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib... Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib...