Məni Axtarma, Sevgilim (2024)
Ədalət Şükürov
3:46Anacan, anam mənə deyərdi Sözlərimi saxla yadında Pisliklər, oğul, dünya qədərdir Sən yaxşılıq axtar adamda Anacan, anam mənə deyərdi Vaxt gələcək, düşünəcəksən Yanlış addımın sonu kədərdir Qurban olum, səhv eləmə sən Yaşamaq asan deyil belə Biri çatırsa, o biri çatmır Nağıl dinləmək olmur hələ Adam fikirdən gecələr yatmır Anacan, anam mənə deyərdi Yaxşı düşün, hələ ki təksən Başlayacaq, oğul, uşaq dərdi O gündən ki evlənəcəksən Anacan, anam mənə deyərdi Haramın dalınca getmə sən Yalan ölümdən, oğul, betərdir Düzü danış, danışa bilsən Danışmağa nə var ki, ana? Dediyini eləmir adamlar Hər düz olan çıxmır bir yana Hər səhərin bir gecəsi var Yadımdadır hər sözün, anacan Aradan illər keçsə belə Mən çox istəyirəm bunu, inan Amma sən deyən olmur hələ Oynasa da bizimlə bu həyat Çalışıram, düşməyim tora Amma, anacan, sən deyən hara İndi yaşadığım gün hara Yaşamaq asan deyil belə Biri çatırsa, o biri çatmır Nağıl dinləmək olmur hələ Adam fikirdən gecələr yatmır Yaşamaq asan deyil belə Biri çatırsa, o biri çatmır Nağıl dinləmək olmur hələ Adam fikirdən gecələr yatmır Anacan, anacan, anacan