Sən Xoş Gəldin Ömrümə
Ədalət Şükürov
3:36İki könül, iki sevda ayrı qaldı Əlimizdən arzuları zaman aldı Yollar bizi bir-birindən ayrı saldı Bir-birindən ayrı saldı Sənsiz axı nə dadı var bu şəhərin? Həsrət yuyub xatirəsin küçələrin Heç olmasa, varmı məndən bir xəbərin? Varmı məndən bir xəbərin? Mən yenə axşamları tək dolaşıram Mən yenə həsrətin ilə alışıram Xatirələr ürəyimdə için-için Qalıb ağlar sənin üçün Mən yenə axşamları tək dolaşıram Mən yenə həsrətin ilə alışıram Xatirələr ürəyimdə için-için Qalıb ağlar sənin üçün Xəyalımla danışıram dərdlərimi Çatmaz sənə, uzatsam da əllərimi Yağar yaşlar gözlərimdən yağış kimi Gözlərimdən yağış kimi Sənsiz axı nə dadı var bu şəhərin? Həsrət yuyub xatirəsin küçələrin Heç olmasa, varmı məndən bir xəbərin? Varmı məndən bir xəbərin? Mən yenə axşamları tək dolaşıram Mən yenə həsrətin ilə alışıram Xatirələr ürəyimdə için-için Qalıb ağlar sənin üçün Mən yenə axşamları tək dolaşıram Mən yenə həsrətin ilə alışıram Xatirələr ürəyimdə için-için Qalıb ağlar sənin üçün