Məni Axtar Darıxanda
Ədalət Şükürov
3:12Bilmirəm, sən məni kimə tay etdin? Gül kimi sevgimi niyə zay etdin? Ah, həsrəti, hicranı mənə pay etdin Ayrı qalmaq üçün səndən, kədərdən Ayrılıb gedirəm mən bu şəhərdən Mən elə yanmışam külüm qalıbdır Allaha tək borcum ölüm qalıbdır Ən böyük hədiyyən zülüm qalıbdır Eşqimi salmısan gözdən, nəzərdən Ayrılıb gedirəm mən bu şəhərdən Ayrılıb gedirəm mən bu şəhərdən Səni sevmək başa gəldi çox baha İçimdə arzular yetməz sabaha Səninlə üz – üzə çıxmırıq daha Bəlkə, sevinərsən sən bu xəbərdən? Əlvida, gedirəm mən bu şəhərdən! Bilmirəm, bəlkə də yenə sevirəm? Getməklə özümə əzab verirəm Mən sənsiz gedirəm, sənsiz gedirəm Bilmirəm, xəbərin varmı xəbərdən? Əlvida, gedirəm mən bu şəhərdən! O çılğın gözlərin nə tez dəyişdi? Ayrılıq zamanı nə çox gecikdi? Sevgilim, bu gediş ən son gedişdir Dönmərəm geriyə bu son səfərdən Əlvida, gedirəm mən bu şəhərdən! Əlvida, gedirəm mən bu şəhərdən! Səni sevmək başa gəldi çox baha İçimdə arzular yetməz sabaha Səninlə üz – üzə çıxmırıq daha Bəlkə, sevinərsən sən bu xəbərdən? Əlvida, gedirəm mən bu şəhərdən! Səni sevmək başa gəldi çox baha İçimdə arzular yetməz sabaha Səninlə üz – üzə çıxmırıq daha Bəlkə, sevinərsən sən bu xəbərdən? Əlvida, gedirəm mən bu şəhərdən!