Çərpələng

Çərpələng

Ədalət Şükürov

Альбом: Çərpələng
Длительность: 2:48
Год: 2025
Скачать MP3

Текст песни

Ay, həyata ağlayıb açdım gözümü
Dünyaya gələni haldan-hala düşdüm
Unutdum adımı, itirdim özümü
İstədim qabağa gedəm, dala düşdüm
Unutdum adımı, itirdim özümü
İstədim qabağa gedəm, dala düşdüm
Kasıb oğlanam, kənddə doğulmuşam
Kənd nədir? Bakıdır gələn xoşuma mənim

Kasıb oğlanam, kənddə doğulmuşam
Kənd nədir? Bakıdır gələn xoşuma mənim
Göydən iki daş düşsə kəndimizə
Biri mütləq dəyəcək başıma mənim

Çərpələngim uçdu hara?
Düşünürəm baxıb-baxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpızım ağ çıxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpızım ağ çıxıb

Bir qızı sevdim, o da sevdi məni
Hər bir cavanın sevən vaxtı olur
Var-dövləti, əxlaqı, gözəlliyi
Bildim ki, bəxtsizin də bəxti olur
Var-dövləti, əxlaqı, gözəlliyi
Bildim ki, bəxtsizin də bəxti olur
Kasıb oğlanam, kənddə doğulmuşam
Kənd nədir? Bakıdır gələn xoşuma mənim

Kasıb oğlanam, kənddə doğulmuşam
Kənd nədir? Bakıdır gələn xoşuma mənim
Göydən iki daş düşsə kəndimizə
Biri mütləq dəyəcək başıma mənim

Çərpələngim uçdu hara?
Düşünürəm baxıb-baxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpızım ağ çıxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpızım ağ çıxıb

Çərpələngim uçdu hara?
Düşünürəm baxıb-baxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpızım ağ çıxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpıım ağ çıxıb
Həmişə bəxtim olub qara
Təkcə qarpızım ağ çıxıb
Əşi nə isə, bəxtim olub qara
Amma bəxtimə alyanaq çıxıb