Ruhani Döndərməsi

Ruhani Döndərməsi

Ədalət Şükürov

Длительность: 3:29
Год: 2025
Скачать MP3

Текст песни

Bu gecə toy gecəsi, üzü gülür dostların
Təbrikə gəlib sizi qohumları, yadları
Bu gecə toy gecəsi, üzü gülür dostların
Təbrikə gəlib sizi qohumları, yadları
Yayılsın qoy hər yana oxunan el nəğməsi

Yayılsın qoy hər yana oxunan el nəğməsi
Çalaq qara zurnada "Ruhani döndərməsi"
Çalaq qara zurnada "Ruhani döndərməsi"

Sevinir bəy anası, sevinir bəy atası
Yaxılıbdır əllərə toyun əlvan xınası
Sevinir bəy anası, sevinir bəy atası
Yaxılıbdır əllərə toyun əlvan xınası
Qoy gəlsin oynamağa oğlan nəsli, qız nəsli

Qoy gəlsin oynamağa oğlan nəsli, qız nəsli
Çalaq qara zurnada "Ruhani döndərməsi"
Çalaq qara zurnada "Ruhani döndərməsi"

Məhəbbətiniz olsun həm bəyə, həm gəlinə
Oynayın, deyin-gülün, meydanı verək sizə
Məhəbbətiniz olsun həm bəyə, həm gəlinə
Oynayın, deyin-gülün, meydanı verək sizə
Təbrik eyləyir sizi qonaqların xoş səsi

Təbrik eyləyir sizi qonaqların xoş səsi
Çalaq qara zurnada "Ruhani döndərməsi"
Çalaq qara zurnada "Ruhani döndərməsi"