Bağlı Qapı
Ədalət Şükürov
5:02Sevgilim, nələr oldu sən gedən gündən Bir gün sevgi küsdü bizim hər ikimizdən Ayrılığın gözü doymur əzab çəkəndən Həzz alır ayırıb bizi bir-birimizdən Parça-parça oldu sevgi Səpələndi şüşə kimi Sən gedən gündən Sən gedən gündən Parça-parça oldu sevgi Səpələndi şüşə kimi Sən gedən gündən Sən gedən gündən Yada sal məni, sevgilim Yazda çiçəklər açanda Yada sal məni, sevgilim Yayda Nabranda qalanda Yada sal məni, sevgilim Payızda yağış yağanda Yada sal məni, sevgilim Qışda qar, çovğun olanda Yada sal məni, sevgilim Sevgilim, nələr gördüm sən gedən gündən Tənha qaldım, əzab çəkdim mən həmin gündən Kimsə baxıb yazıq-yazıq halıma yandı Kimsə bir təsəlli vermək istədi hərdən İçin-için ağlayırdım Qayıt, səni çağırırdım Sən gedən gündən Sən gedən gündən İçin-için ağlayırdım Qayıt, səni çağırırdım Sən gedən gündən Sən gedən gündən Yada sal məni, sevgilim Yazda çiçəklər açanda Yada sal məni, sevgilim Yayda Nabranda qalanda Yada sal məni, sevgilim Payızda yağış yağanda Yada sal məni, sevgilim Qışda qar, çovğun olanda Yada sal məni, sevgilim Sevgilim, danış görüm, sən nələr gördün? Dostum dedi, bir məclisdə səni də gördü Eşitdim ki, danışanda adımı çəkdin Kövrəlmişdin, sağlığıma şərab da içdin Ocaq yandı, külə döndü Göydə ulduz yanıb-söndü Sən gedən gündən Sən gedən gündən Ocaq yandı, külə döndü Göydə ulduz yanıb-söndü Sən gedən gündən Sən gedən gündən Yada sal məni, sevgilim Yazda çiçəklər açanda Yada sal məni, sevgilim Yayda Nabranda qalanda Yada sal məni, sevgilim Payızda yağış yağanda Yada sal məni, sevgilim Qışda qar, çovğun olanda Yada sal məni, sevgilim