Yaş Hər Tərəf

Yaş Hər Tərəf

Elçin Cəfərov

Альбом: Yaş Hər Tərəf
Длительность: 3:32
Год: 2023
Скачать MP3

Текст песни

Necə gözəl yağır yağış
Yaş hər tərəf
Bu gecə məni bağışlayardı
Kaş birtəhər
Səhərəcən yağ, yu
Apar bütün kirli qəlbləri
Şəhərə yağ, sil, apar
Bizi üzən kədərləri, qəmləri
Yağ, yağış, islansın hər tərəf
Yağ, yağış, yaşlansın səhifələr
Tez-tez gəl, mən əslində
Heç doymuram ki səndən
O boyda göydə, bu boyda yerdə
Tək-tənhayam, sənsizəm, yağ hərdən

Gecədir, tək gəzirəm
Hava dolmuş
Mən soyuqdan əsirəm
Sormayın halımı
Necəyəm, heç bilmirəm
Təmizlə mənə toxunan
Mən saf bildiyim, amma
Yalana bürünmüş o əlləri
Yağ, yağışım
İtirdiyim, silə bilmədiyim o illəri

Yağ, yağış, islansın hər tərəf
Yağ, yağış, yaşlansın səhifələr
Tez-tez gəl, mən əslində
Heç doymuram ki səndən
O boyda göydə, bu boyda yerdə
Tək-tənhayam, yalqızam, yağ hərdən
Yağ, yağış, islansın hər tərəf
Yağ, yağış, islansın hər tərəf