Şuşanın Dağları / İrəvanda Xal Qalmadı / Şamaxı (Popurri)

Şuşanın Dağları / İrəvanda Xal Qalmadı / Şamaxı (Popurri)

Elnur Məmmədov

Длительность: 7:24
Год: 2023
Скачать MP3

Текст песни

Ay qız, bu, nə qaş-göz, bu, nə tel?!
Ölərəm dərdindən, onu bil
Danışmasan da, balam, barı gül

Şuşanın dağları başı dumanlı
Qırmızı koftalı, yaşıl tumanlı
Dərdindən ölməyə çoxdur gümanım
Dərdindən ölməyə çoxdur gümanım
Ay qız, bu, nə qaş-göz, bu, nə tel?!
Ölərəm dərdindən, onu bil
Danışmasan da, balam, barı gül
Ay qız, bu, nə qaş-göz, bu, nə tel?!
Ölərəm dərdindən, onu bil
Danışmasan da, balam, barı gül

İrəvanda xal qalmadı
Ay, İrəvanda xal qalmadı
O xal nə xaldır, üzə düzdürmüşsən?
De görüm, nə xaldır, qoşa düzdürmüşsən?

Ay, daha məndə hal qalmadı
Daha məndə can qalmadı
O xal nə xaldır, üzə düzdürmüşsən?
De görüm, nə xaldır, qoşa düzdürmüşsən?
Yar mənim, xal mənim, ixtiyar mənim
Xalqa nə borcdur, hara düzdürmüşəm
Yarım deyibdir, qoşa düzdürmüşəm
Xalqa nə borcdur, hara düzdürmüşəm
Yarım deyibdir, qoşa düzdürmüşəm
Mehr salmışam axı
Heyran olmuşam axı
Qurban olum Şamaxı
Şamaxı, ay Şamaxı!
Mehr salmışam axı
Heyran olmuşam axı
Qurban olum Şamaxı
Şamaxı, ay Şamaxı!

Səni necə anmayım?
Atəşinə yanmayım?
Səni necə anmayım?
Atəşinə yanmayım?
Başına dolanmayım?
Laləli bulağına
Qız qalası dağına

Başına dolanmayım?
Laləli bulağına
Qız qalası dağına

Mehr salmışam axı
Heyran olmuşam axı
Qurban olum Şamaxı
Şamaxı, ay Şamaxı!
Mehr salmışam axı
Heyran olmuşam axı
Qurban olum Şamaxı
Şamaxı, ay Şamaxı!

Bura Dilcan, ay balam, dərəsidir
Bura Dilcan, ay balam, dərəsidir
Bizim dağlar, ay balam, Qazaxdadır, ay balam
Qazaxdadır, ay balam, Qazaxdadır

Marallıca, ay balam, köhnə yaylaq
Marallıca, ay balam, köhnə yaylaq
Kimsə buzlu, ay balam, bulaqdadır, ay balam
Bulaqdadır, ay balam, bulaqdadır

Gəncədən fayton gəlir, fayton gəlir, gəlir
Ay, fayton gəlir
Atları yorğun gəlir, yorğun gəlir, gəlir
Ay, yorğun gəlir
Gəncədən fayton gəlir, fayton gəlir, gəlir
Ay, fayton gəlir
Atları yorğun gəlir, yorğun gəlir, gəlir
Ay, yorğun gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Ay, sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir

Mən səni vəsf edib öz anam kimi
Sarılıb qoynuna mehriban kimi
Mən səni vəsf edim öz anam kimi
Sarılıb qoynuna mehriban kimi
Göyümdə ulduzlar sayrışan kimi

Ay, göyümdə ulduzlar sayrışan kimi
Ey könül mülkümün barı Naxçıvan
Ellərin sevgili yarı Naxçıvan
Ey könül mülkümün barı Naxçıvan
Ellərin sevgili yarı Naxçıvan
Ey könül mülkümün barı Naxçıvan
Ellərin sevgili yarı Naxçıvan
Ey könül mülkümün barı Naxçıvan
Ellərin sevgili yarı Naxçıvan