Nurcana
Eyyub Yaqubov
2:55Deyirdilər mənə dostlar – "Hələ evlənmə ginən" Deyirdilər – "Tələsmə, seç, qoy olsun ürəyincə" Mən də seçdim birini, gözləri qapqara idi Mən də sevdim birini, adı da ki, Fəvvarə idi Aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman Fəvvarənin əlindən Aman, aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman bu fontanın əlindən Nişan gəldi, şirni gəldi, "чемодан"lar gəldi "Шмотка"larla yanbayan, almaz, brilyant gəldi İnandım o gözlərə, hansı ki, qapqara idi İnandım bir gözələ, adı da ki, Fəvvarə idi Aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman Fəvvarənin əlindən Aman, aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman bu fontanın əlindən Ad günündə düşdük yola, Fəvvarələr bağına Plazada yeyib-içdik üçümüz – anasıyla Baxırdım sevgilimə, gözləri qapqara idi Başdan-ayağa fontan, özü də ki, Fəvvarə idi "Новый Год"dan üç gün sonra da bir toyumuz oldu Yer götürmüşdük "Tural"da deyirlər самый модный Ağ geyimli gəlinin gözləri qapqara idi Öyrənmədim familin adı da ki, Fəvvarə idi Aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman Fəvvarənin əlindən Aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman bu fontanın əlindən Aman, aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman bu şeytanın əlindən Aman, aman, ay aman, bu qızların əlindən Halım olubdur yaman bu fontanın əlindən