Necə Unudum Səni
Flora Kərimova
4:51Görüm, səni yanasan Yığdın məni cana sən Heç səndən baş açmadım O gün gəldim sizə mən Qapını döydüm Açmadım Qapını döydüm Bax belə açmadım Niyə bəs? Ona görə ki Fikrin, bilim, haradadır Gözün orada-buradadır Kimi gördün, axırsan Arxasınca qaçırsan Gələnin üzünə, gedənin dizinə baxırsan Birinə söz atırsan, kiminə göz vurursan Birinin üzünə gülürsən, birinin dərdindən ölürsən Birinə də gül göndərirsən Kül mənim başıma Harada olursan, bilmirəm Evə gec gəlirsən O gün küçədə gördüm Kim idi, bax kim idi, kim idi, kim idi? Niyə susub baxırsan Aç dilindən kilidi, tutduğun işdən utan Don Juansan, Don Juan Ay qız, sən nə deyirsən? Vallah, illah dəlisən Yığdın məni cana sən Necə də gülməlisən Bir yolluq bilməlisən Biri bizim qonşumuzdur Biri də iş yoldaşı, hə? Dostum çox ola bilər Təkcə səni, sevirəm səni, canım Eh, bilirəm Sənə zəng etmək olmur Məşğuldur telefonun Ə, vallah, boynuna qoymaq olmur Buna sözün nədir bəs? Heç özündən demirsən Daşsan, yoxsa dəmirsən? Heç ürəyin yoxdurmu? Söz verirsən, gəlmirsən Səbəbini demirsən Ha, indi deyim? De görüm Deyirəm a Ona görə ki "Юбка"n dizdən yuxarı Saçın saçımdan qısa Dodaqların boyalı Danışığın ədalı Dırnaqların caynaqdır Hələ xasiyyətin oynaqdır Harada gəldi, gülürsən Nə dost-tanış bilirsən Nə qohum tanıyırsan Günah özündə olur Hamını qınayırsan Bir düşün ki, yanıram, az Səni daşa-divara Hamıya qısqanıram Heç insafın yoxdurmu? Of, qara etdin bəxtimi Gəl öyrənək, ay maral Qurtarsın bu qalmaqal Deyirəm də, bir yerdə olaq Ha bu iş də qurtarsın Təkcə səni, sevirəm səni, canım Bilirəm Başına dönüm, bilirəm Qurbanın olum, bilirəm