Şirin Dil
Gülağa Məmmədov
3:57Yəqin bu gün səhər səhər Bu bağçadan keçmisən Soruşursan, nədən bildim bunu mən? Çiçəklərin nəfəsində Saçlarının qoxusu Nərgizlərin xumarında Gözlərinin yuxusu Quşların nəğməsində Səsinin ahəngi var Çinarların duruşunda Bədəninin qaməti Günəşin zərrəsində Qəlbinin hərarəti Lalənin ləçəyində Dodağının rəngi var Səhər-səhər Sənin burdan keçdiyini Onlar mənə verdi xəbər