Küsüb Getdi

Küsüb Getdi

Gülağa Məmmədov

Длительность: 3:21
Год: 2025
Скачать MP3

Текст песни

Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir də yarım qapımızdan keçəcək?
Görən, haçan bir də yarım qapımızdan keçəcək?

Küsüb getdi yarım mənim, yollar batdı dumana
Axı niyə öz eşqimi düz demədim mən ona?
Axı niyə öz eşqimi düz demədim mən ona?

Göydəki o tənha ulduz sanki məni andırır
Düşündükcə hicran odu ürəyimi yandırır
Düşündükcə hicran odu ürəyimi yandırır

Bəlkə indi qəm içində baxır o da yollara
Axı niyə öz eşqimi düz demədim mən yara?
Axı niyə öz eşqimi düz demədim mən yara?

Baxacaqmı, görən, gəlib pəncərəmə bir də yar?
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar

Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir də yarım qapımızdan keçəcək?
Görən, haçan bir də yarım qapımızdan keçəcək?