Həkim

Həkim

Əlibaba Məmmədov

Длительность: 6:24
Год: 2025
Скачать MP3

Текст песни

Qəlbi çiçəklərdən, güllərdən təmiz,
Bizə sirdaş olan, mehriban həkim!
Yanına gəlirik olsa dərdimiz, –2
Edirsən hər dərdə sən dərman, həkim! –2
Nəqərat:
Bəzən ürəyini sıxsa da kədər,
Səni gülərüzlü görür xəstələr.
Dərmanın çox acı olsa da əgər,
Gülüşün şəkərdir hər zaman, həkim.
Ellər loğman deyir sənə əzəldən,
Xəstə könülləri sənsən düzəldən.
Ömrün baharını vaxtsız xəzəldən, –2
Qoru hikmətinlə, ey loğman həkim. –2