Bir Dənəsən
Əlibaba Məmmədov
3:20Dumanlı dağların başında durdum, Dumandan özümə bir xiymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, Dumanlar başında duman göründü. Nəqərat: Xəzər dənizitək eşqimlə coşdum, Xülyalar içində sanki bihuşdum. Vətən arzusuyla nəğmələr qoşdum, Tufanlar qarşımda dastana döndü. Könülləri cəlb edən bu xoş mənzərə, Şövqümü artırdı şeirə, qəzələ. Çarpdıqca vətənim, elim nəzərə, Təbiət də mənə heyran göründü. Nəqərat: Deyirlər, bülbülə çəmən yaxşıdır, İnsançın laləzar Vətən yaxşıdır. Vahid! Sorma Vətən nədən yaxşıdır, Adı gəlcək könlüm xəndan göründü.