Ağır Cinayət (Remix)
Konul Kerimova
Gecələr sənsiz olunca yuxu getmir gözümə, Səni sevməklə bu zülmü özüm etdim özümə. Baxma vardır qəzəbim, canımı verrəm onu bil, Xoş baxış ilə əgər bir dəfə baxsan üzümə. Quş olub uçdun əlimdən mən isə seyr etdim, Sonra min ah ilə bica yerə vurdum dizimə. Mən tək eşq əhli tapılmaz biləcəksən şəksiz, Yad edib eşqimi bir gün düşəcəksən izimə. Görəcəksən məni cansız quru səhra içrə, Atəşim bir yana, həsrət qalacaqsan közümə. Arifəm, eşqdə mən xətmi-kəlam eyləmərəm, Hədd yox eşqimə, çün hədd tapılmaz sözümə.