Tərki-Dünya
Miri Yusif
3:36Keçmişim ayağıma dolaşıb, Mən uçuram bu yüklə birgə səmaya İçmişəm həyatla dolu bir qədəh ki, Dünya bənzəsin bir saraya Buludlar yatağım, ulduzlar qonağım Gedirəm kainatla yuxuya Ancaq ruhumun əkizləri duya Nəqarəti mənlə birgə oxuya Ağ təyyarə mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən durnalarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Özümü tərk edib, özümü dərk edirəm Özümü tərk edib, özümü dərk edirəm. Vərdişim inadımla dalaşır, Mən qaçıram suallarımdan uzağa Gəlmişəm savabla dolu bir sabah, Günahım bir gecəylə yüz ola Günəşim yaradar kölgəmi, Buludlar ona can verər və qoruyar Yenə ruhumun əkizləri duyar Nəqarəti mənlə bir də oxuyar Ağ təyyarə mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən durnalarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Özümü tərk edib, özümü dərk edirəm Özümü tərk edib, özümü dərk edirəm. Sən sağ qanad mən sol qanad Hava limanımız uçuş yarat Kolay, kolay, kolay səyəhət Ağ təyyarə mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Özümü tərk edib, özümü dərk edirəm Özümü tərk edib, özümü dərk edirəm.