Xatirə (İthaf)
Miri Yusif
5:32Əlini uzat, yox, əlimi burax Gözünü bağla, sən ürəyinlə bax Qucaqla, ağla, yadında saxla Qovuşsun dodaqlar və göylə dağlar Nağıla qonaq gedək bir öpüşlə Bir addım irəli, bir addım geriyə Bu sanki rəqs, uçuruq səninlə Ümidlə irəli, xəyallar geridə Rəsmini görəndə, ismini duyanda Sürətlənir nəbzim Bu deyil sevgi, bu deyil vərdiş Bu artıq həyatın tərzi Sevincim səninlə, kədərin içində Yox edir səbrim Ol mənim yanımda daim Məsafə tükədir səbri Hər an sən və mən, hər yan mən və sən Dəyişmir hisslər, dəyişsəm də mən Ayrılmaz olur ləpələr dənizdə Barışan olur külək sevgimizlə Bərk tut sən, qorxma, güc var biləkdə Qollarım qoruyar səni küləkdən Görüşmüşəm bu gün bir mələklə Qanadları salıb kürəyimizə fələklə Rəsmini görəndə, ismini duyanda Sürətlənir nəbzim Bu deyil sevgi, bu deyil vərdiş Bu artıq həyatın tərzi Sevincim səninlə, kədərin içində Yox edir səbrim Ol mənim yanımda daim Məsafə tükədir səbri Gecə yaddaşında sən gizlədin Qucağımın otağındasan, yatmısan Sakitliyin sədası bizlədir Çağırır səni rüzgar, oyanmırsan