Eyforiya
Miri Yusif
3:12Heç nə olmaz, əl çatmaz Mənimçün bugünkü gecədə Göydən düşən ulduzlar Gözəl şəhər şər qatmaz Mənimçün bugünkü gecədə Küsər bizdən gündüzlər Yenə sən, yenə mən Yenə də dəli duman Sınan qəlbimiz sınmaz Bizimçün bugünkü gecədə Energetik halı qanımda Ooo... Damarlarımda alov Ooo... Götürür məni girov Yollar olar güzgülər Mənimçün bugünkü gecədə Həyat uçur sürətlə Yadda qalar cizgilər Mənimçün bugünkü gecədə Pozulur sərhəd qürbətlə Yenə aç, yenə qaç Yenə də dəli əlac İçimiz üzə çıxar Bizimçün bugünkü gecədə Energetik halı canımda Ooo... Damarlarımda alov Ooo... Götürür məni girov Ooo... Damarlarımda alov Ooo... Götürür məni girov Ooo... Götürür məni girov