Səbəbkar
Miri Yusif
5:14Yoxdu ömürdə böhtan, elə böhrandı, Yoxdu ömürdə son, hər şey doğulandı. Sənsizlə boş qalmışam, Səninlə yorulmuşam. Heç vaxt oyanmayan hal o da, oyandı. Məndən sonra sən qalsan, davam gözəldi. Gözlər yagışla dolsa, demək özəldi. İllərin yorğunuyam, Sirrlərin yorğanıyam. Bizim bu saf eşqimiz ölümdən əzəldi. Sözümə inan, balam, sözümə inan, Sözümdə nə quş var, nə də ki ilan, Sözümə inan, balam, sözümə inan Sözümə inan, balam, sözümə inan. Qanadları yalvaran, dövranı viran Sözümə inan, balam, sözümə inan İmanla sirdaşıyam, ömrüm tufandı. Gümanla həmyaşlıyam, gözüm dumandı. Kölgə ilə dostlaşmışam, Döngəyə qoşulmuşam, Tənhalıq sərhədində quyum zəhərdi. Hardasan, ey vərdişim, həyatım, hardasan Bu məktubu yolladım, küləklə duyasan Yarpagla bir solmuşam, Torpaqla bir olmuşam. Bizim bu son zəngimiz ölümdən əzəldi Sözümə inan, balam, sözümə inan, Sözümdə nə quş var, nə də ki ilan, Sözümə inan, balam, sözümə inan Sözümə inan, balam, sözümə inan. Qanadları yalvaran, dövranı viran Sözümə inan, balam, sözümə inan