Nə İsə
Miro
Baxıram, pəncərədə buxar Ümid edirəm, o da darıxar Məni yaradan, məni yaradan Tapım onu mən axı haradan? Oturub xəyalını qururam Qalıram, fikirlərdə donuram Başı bəladamı, başı bəladamı? Tapım onu mən axı haradan? Birdəfəlik, nə olar Yadına sal məni, o, mənə bəs edər Birdəfəlik, nə olar Bu gecə zəng elə, o, mənə bəs edər Birdəfəlik də olar Üzünü son dəfə görüm uzaqdan Necə darıxmadın bu qədər vaxta? Səni, inan mənə, bu qədər saxta Bilməzdim Bunu gözləməzdim ki səndən, ummazdım Bu qədər yara, bu qədər ağrıya dözməzdim Bilsəydim bütün yalanları, qalmazdım Yanında olmazdım, mən sənə görə ölməzdim Elə gedərdim, bir də sənə geri dönməzdim Bütün ruhumu, bütün ömrümü verməzdim Görüb öncədən bilsəm, inan ki, sevməzdim Səni belə bilməzdim Gizlədirəm gecəni mən gözlərimə Xəyallarım üzərimdə bulud olur Öz-özümə dəli kimi hirslənirəm Neçə dəfə deyim axı, unut onu? O baxışın yara olub həyatıma O yapışıb ürəyimə zəli kimi Axı mənim düşən zaman o yadıma Fırlanıram bu şəhəri dəli kimi Düşünürəm, onun əsl adı nədir? Axı qəlbim əlindədir O, mənimlə birlikdədir İtirəndə onu tapmaq əlimdədir İzləməyə ərinmədim, buralarda bir yerdədir O əslində bu sevgiyə layiq deyil Bax ürəyim yenə: "Ona qayıt", - deyir Onun adı nədir? Onun adı - eşq Adımız bir-birinə aid deyil Yadına sal məni, o, mənə bəs edər Birdəfəlik, nə olar Bu gecə zəng elə, o, mənə bəs edər Birdəfəlik də olar Üzünü son dəfə görüm uzaqdan Necə darıxmadın bu qədər vaxta? Səni, inan mənə, bu qədər saxta Bilməzdim Bunu gözləməzdim ki səndən, ummazdım Bu qədər yara, bu qədər ağrıya dözməzdim Bilsəydim bütün yalanları, qalmazdım Yanında olmazdım, mən sənə görə ölməzdim Elə gedərdim, bir də sənə geri dönməzdim Bütün ruhumu, bütün ömrümü verməzdim Görüb öncədən bilsəm, inan ki, sevməzdim Səni belə bilməzdim