Ondanmı

Ondanmı

Miro

Альбом: Ondanmı
Длительность: 3:28
Год: 2025
Скачать MP3

Текст песни

Dərdinə gülənin qədrini bilmək
Çox çətindir dərdini bölmək onlarla
Heç olmazsa, sən üstümə gəlmə
Bax başımda dərdim var milyonlarla
Qalana çətindir, gedənəmi yoxsa?
Fərqi yoxdur, ikisi də yoxsa, yol varmı?
Göz yaşları artıq dayanıb
Qəlbimdə bir sızıntı yaranıb, ondanmı?
Nədən yenə dərdlərin ağlına düşdük?
Acılardan çıxıb ağrıya düşdük, ondanmı?
Min qapı içində bağlıya düşdük
Yağışdan qaçıb yağmura düşdük, ondanmı?
Uşaq kimi sevginin ardına düşdük
Gəldik, dünyanın axırına düşdük, ondanmı?
Niyə birdən-birə qorxuya düşdük?
Yalandan çıxıb doğruya düşdük, ondanmı?

Bəlkə, ürəkdən o qədər sevdik
Qalan hər şeyin kölgədə qalmağı ondandır
Dərdin-kədərin hamısını bildik
Ürəyin ən dibdən yanmağı ondandır
Eşq yaşamır fani bədəndə
Yəni insanı ruhdan salmağı ondandır
Yaraşdırmırsa qəlbinə sevgi
Bir gedişlə ayrılıq olmağı ondandır
Nədən yenə dərdlərin ağlına düşdük?
Acılardan çıxıb ağrıya düşdük, ondanmı?
Min qapı içində bağlıya düşdük
Yağışdan qaçıb yağmura düşdük, ondanmı?
Uşaq kimi sevginin ardına düşdük
Gəldik, dünyanın axırına düşdük, ondanmı?
Niyə birdən-birə qorxuya düşdük?
Yalandan çıxıb doğruya düşdük, ondanmı?