Pəncərəmə Qondu Çiçək
Mirzə Babayev
4:18Bu qatar vüsaldan həsrətə gedir Vətən ürəyimdən qürbətə gedir Deyəsən, ayrı bir qismətə gedir Nə olar, saxlayın gedən qatarı Gülüşü aparır, göz yaşım qalır Ürəyim boşalır, gözlərim dolur Bu qatar ayrılıq havası çalır Nə olar, saxlayın gedən qatarı Nə olar, saxlayın gedən qatarı Zamanı doğrayıb biçir bu qatar Sevgimin üstündən keçir bu qatar Mənim göz yaşımı içir bu qatar Nə olar, saxlayın gedən qatarı Yüyürsəm, çağırsam, çata bilmərəm Qəlbimdən qoparıb ata bilmərəm Getdinmi, bir daha tuta bilmərəm Nə olar, saxlayın gedən qatarı Nə olar, saxlayın gedən qatarı Mənim baharımı aparıb gedir Əlini əlimdən qoparıb gedir Qoymayın, yarımı aparım gedir Yalvarıram, nə olar, saxlayın gedən qatarı Yüyürsəm, çağırsam, çata bilmərəm Qəlbimdən qoparıb ata bilmərəm Getdinmi, bir daha tuta bilmərəm Nə olar, saxlayın gedən qatarı Nə olar, saxlayın gedən qatarı O getdi, qoymayın Yalvarıram sizə, bir də yalvarıram Saxlayın qatarı, saxlayın qatarı Axı mən yalvarıram Saxlayın qatarı, saxlayın qatarı