Sənli Günlərim
Nadir Qafarzadə
4:21Aynada öz əksinə bax Mən görünüm gözlərinə Mən sən olum, sən də mən ol Mən düşərəm gözlərinə Sən xəyal ol, mən də gəlim Xəyalına qonaq kimi Çünki sənin həsrətəm o Şirin-şirin sözlərinə Çünki sənin həsrətəm o Şirin-şirin sözlərinə Pəncərəmin önündə gül Saxlayıram sənin üçün Zülmət otaq, bir də ki mən Ağlayıram sənin üçün Məndən uzaq, səndən uzaq Qovuşmağa yox ümidim Zülmə dözüb qəlbimə daş Bağlayıram sənin üçün Zülmə dözüb qəlbimə daş Bağlayıram sənin üçün Mən sənə yar, sən mənə yar Gəl yaşadaq sevgimizi Sən mənim ol, mən də sənin Birgə bölək dərdimizi Sən cisim ol, mən ruh olum Sən haradasan, mən oradayam Göz yumaraq hiss eləyək Bir döyünən qəlbimizi Göz yumaraq hiss eləyək Bir döyünən qəlbimizi Pəncərəmin önündə gül Saxlayıram sənin üçün Zülmət otaq, bir də ki mən Ağlayıram sənin üçün Məndən uzaq, səndən uzaq Qovuşmağa yox ümidim Zülmə dözüb qəlbimə daş Bağlayıram sənin üçün Zülmə dözüb qəlbimə daş Bağlayıram sənin üçün Çoxdur bizim yalan baxan Saxta baxan eşqimizə Biz nə deyək, nə söyləyək? Sevgi girib qəlbimizə Mən evliyəm, sənsə subay Sevgimizin yoxdur adı Sən əziyyət çəkmə deyə Xətt çəkərəm sevgimizə Sən əziyyət çəkmə deyə Xətt çəkərəm sevgimizə Pəncərəmin önündə gül Saxlayıram sənin üçün Zülmət otaq, bir də ki mən Ağlayıram sənin üçün Məndən uzaq, səndən uzaq Qovuşmağa yox ümidim Zülmə dözüb qəlbimə daş Bağlayıram sənin üçün Zülmə dözüb qəlbimə daş Bağlayıram sənin üçün