Nəfəsim-Qəlbim
Nigar Jamal
4:18Anlamıram, zaman niyə gedir əksinə, tərsinə yollar Hər şeyin daha yenicə vardım fərqinə Sən məni hər səhvində günahkar bilib yad kimi vurdun Heçmi canın yanmadı varlığım xətrinə? Bir üzr çox idimi, həmdəmim? Buz olub için-için yanardı ürəyim Səhv addım, bir önəmi yox ki sözlərin Burada dayan, nə sevgin var, nə nifrətin Mən sənlə min fəsad, dumanlı yolların içindən Ayırıb hər fəzanı keçməyə hazır dünəndən Qopdu tufanla sözlərim, sil başdan, bitsin kökdən Get həyatımdan, get həyatımdan Mən sənlə min fəsad, dumanlı yolların içindən Ayırıb hər fəzanı keçməyə hazır dünəndən Qopdu tufanla sözlərim, sil başdan, bitsin kökdən Get həyatımdan, get həyatımdan Anlamadım, suallarım niyə cavabsız qaldı kənarda Heç bilmirəm, susmağın zamanı gəldimi Kim bu oyunda qalib, kim günahkar? Nə mənası var ki bizdən asılı olmayan dünyamızda? Boş vədlər, bir önəmi yox ki sözlərin Burada dayan, nə sevgin var, nə nifrətin Mən sənlə min fəsad, dumanlı yolların içindən Ayırıb hər fəzanı keçməyə hazır dünəndən Qopdu tufanla sözlərim, sil başdan, bitsin kökdən Get həyatımdan, get həyatımdan Mən sənlə min fəsad, dumanlı yolların içindən Ayırıb hər fəzanı keçməyə hazır dünəndən Qopdu tufanla sözlərim, sil başdan, bitsin kökdən Get həyatımdan, get həyatımdan Get həyatımdan, get həyatımdan