Boz Ay
Okaber
Müalicə dispanseri dəniz kənarında yerləşir Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir Dünən buraxılan səhvlər - bu gün şiddətli fəsadlar İncə səsli fəryadlar, amma ən dəhşətlisi Ünsiyyətsiz məhkum körpə gözləri O, Günəş görmək istəyir Həyat ona qaranlıq kölgə göstərir Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz Qəzəblənir dəniz, niyə o günahsız gözlər çarəsiz? Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə? Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi Getdi, ruhu cənnət axtarışında tapacaq, əgər varsa Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa Deməli, insaf var, mərhəmət yerin tutar Heyif, qəddar olan rəftar nədənsə ürək unudar Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Qayıdaq üç il əvvələ: universitet həyatı, tələbələr Hər şey gözəl, sevinc dolu, uğurlar, qələbələr Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş Sözüm məğzi - onun əxlaqsız həyat tərzi vulqar Hər gün bar, "disco", klublar, gecələr bulvar Hətta narkotik, "LSD, sex", iyrənc öpüşlər Onun üçün yad olub sevgi, pak hisslər, gənc görüşlər Sərxoş gülüşlər, hər gecə yataqlarda ehtiras Özünə xas olan obrazda olmazdı həyata xilas Nə çox, nə az, düz 3 il, heç bir şey oldu toz İmmun çatışmazlığı, spid, həkimin qoyduğu diaqnoz Həyat necə də boz, 9 aydan sonra daha da bozdur Doğulacaq körpəsi pozulmuş həyatı bir azda pozdu Və dünən buraxılan səhvlər bu gün ağır nəticə Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır