Yalquzaq
Okaber
3:15Müharibə davam edir Okaber "Madhouse" Müharibə davam edir Bu oyunların sonuna udan-uduzan dedilər Yazdığımız sətirlərə güldülər, asan dedilər İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət Allahu-Əkbər deyib oxunsun Azan, dedilər Öz əsərlərində yaşayanlar ölmür, yazıb dahilər Unudulduğumuz yerlərə "Fəxri xiyaban" dedilər Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər Boğulan insan görüb qoy ölsün nadan, dedilər Qadının fəryadı göylərə sovrulan bəşəriyyətdə Belədir qanun, buyurub Quran, dedilər "İnsanları niyə bədbəxt elədiz?" soruşanda Bizlərdə nə şərəf var, nə də vicdan, dedilər Küçədə yatanların ağrı, əzabı gözəgörünməz Sökülən daxma yerinə tökülür fontan, dedilər Dedilər, şəhidlər ölməz, guya ki vətən bölünməz Satılan torpaqların şərəfinə şampan dedilər Müharibə davam etsə, tökülər qan, dedilər Bizə vacib həyatda pul, bir də can, dedilər Bəs vətən, şəhidlər, itirilən torpaqlar? Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər Müharibə davam etsə, tökülər qan, dedilər Bizə vacib həyatda pul, bir də can, dedilər Bəs vətən, şəhidlər, itirilən torpaqlar? Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər Mətnimə yaşadan, sətrimə dərman dedilər Sinəmə orden taxıb qətlimə fərman dedilər Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm Sən hür, yavaş-yavaş gedir karvan, dedilər Analarımın tapdalanmış haqları unuduldu Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər Şuşada Xarıbülbül solub quruduldu Günahkar biz deyilik, rus və Köçəryan, dedilər Benzin bahalaşmasaydı, özümüzü yandırardıq Benzin nəyinə gərəkdir? Elə belə yan, dedilər Biz qansaydıq, hamını qandırardıq Niyə bizə nökər, özlərinə xan dedilər? Batdıqca batırıq günah ümmanında Ölün, batın qalın, lüt-üryan dedilər Okabеrəm, yığışdıq canavar ünvanında "Nədir canavar, hansı ünvan?" dedilər Müharibə davam etsə, tökülər qan, dedilər Bizə vacib həyatda pul, bir də can, dеdilər Bəs vətən, şəhidlər, itirilən torpaqlar? Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər Müharibə davam etsə, tökülər qan, dedilər Bizə vacib həyatda pul, bir də can, dedilər Bəs vətən, şəhidlər, itirilən torpaqlar? Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər Bir söz de mənə, Nəsimi Vəsf elə məni, şair Vəsf zamanı deyil, Afət Hörmət edin, yalvararam Səni bu hüsnü-camalı Bu kamal ilə görüb Qorxdular həqq deməyə Döndülər, insan dedilər