Əks-Səda
Orkhan Zeynalli
3:10Gedirəm, sevgilərim yarım qalır Məni yada salmağın isidər əlimi altında qalın qarın Gözünü yumandan sonra görəcəyin ilk mənzərə "Səni çox gözləmişdim",-deyərək sarılmağım Gedirəm alovların ortasından üzü Günəşə doğru Dərinlik sevənlər həmişə boğulur Biz torpağın altına giririk toxum olaraq Anaların göz yaşı ilə o torpaqda vətən doğulur Gedirəm bu axşam, gedirəm, gülüm Bilirəm, gül üzün solacaq mənsiz Gedirəm, gəlməsəm, qalacaq sevgim Bəlkə də, gözlərin dolacaq mənsiz Gedirəm, gəlməsəm, qalacaq sevgim Bəlkə də, gözlərin dolacaq mənsiz Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Gedirəm, gəlməsəm, yada sal məni İgidi öldürmədən haqqını ver Bütün haqların əl sıxacağı tək ünvandır Qayıtmasam, qalxdığım yer Gedərkən pəncərədən mənə baxan o gözlərdəki Həsrət və kədərin qığılcımıdır boy atdığım yer Deyir: "Vətən sağ olsun, anam istərdi Vətən oğlu evdən getmədən sağ olsun Cümlə gənclərdəki ovsun, kimsə nöqtə qoysun Oğlun bu gün əsgərdir Kitabımızda ölmək faciə yox, sadəcə məsdərdir Gedirəm, bu dünyada tək qalasan Divarlarına sığınıb təslim olacağım tək qalasan Üzülmə, səbəbi var hüsranın Üşüyən evlərin, gərəkdir, sönən ocağını Canları ilə igidlər qalasın Üçrəngli bayrağınla məsud yaşa Gedirəm, gəlməsəm, bayrağa sarıl Unutma bədən qoxumu Biz torpağın altına giririk toxum olaraq Anaların göz yaşı ilə o torpaqda vətən doğulur (Vətən doğulur) Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Gedirəm, gəlməsəm, yada sal məni Yada sal məni