Şəkər (Feat. Klan-A-Plan)

Şəkər (Feat. Klan-A-Plan)

Rəhim Rəhimli

Альбом: Bir Zamanlar
Длительность: 3:24
Год: 2023
Скачать MP3

Текст песни

Ladies and gentleman, boys and girl, o-o-o
Rəhim Rəhimli and Klan-A-Plan, o-o-o
O-o-o-o, o-o-o-o

Addım-addım düşdüm dalınca
Dönüb heç mənə baxmadın
Dizi üstə oturub yalvardım
Amma adam yerinə qoymadın

Addım-addım düşdüm dalınca
Dönüb heç mənə baxmadın
Dizi üstə oturub yalvardım
Amma adam yerinə qoymadın

Gün gələr, acılar bitər
Amma gec olar, indi gəl (gəl)
Demə demədim, xəbər eylədim
Bax, gedirəm, dön gəl

Şəkər, şəkər
Nazın ölümdən betər
Şəkər, şəkər
Səninlə acım bitər
Şəkər, şəkər (şəkər)
Bu ürək səni sevər
Şəkər, şəkər
‘’Sevirəm’’ de mənə, yetər

Cəzb qüvvəsi cəlb edir hər kəsi
Cəm halda cinayətə yönəldir bizi
Var bu qızda nəsə qeyri-adi hal
İçimdə seysmoloji təkan on iki bal

Sanki al-qırmızı dodaq üstə xal
Ürəyə sancır oxlarını dalbadal
Bu bir qalmaqal, yəni ya öl, ya qal
Ya tanış ol bu gözəllə, ya da xətdə qal

Ah, şəkərsən, balsan, marmeladsan
Fındıqla-mındıqla mənim paxlavamsan
Sən mənim ovum, mən sənin pələngin
Sən bir rəsm əsərin, mən sənin rəngin

E-e-ey qız, nəfəsim çox nəfəs görüb
E-e-ey qız, dərdimdən çox qızlar ölüb
Mə-mə-mənə ləzzət elə eləyir səndəki naz
Məni görmək istəsən, ünvanım – Klanaplan.az

Gün gələr, acılar bitər
Amma gec olar, indi gəl (gəl)
Belə demədin, xəbər eylədin
Bax, gedirəm, dön gəl

Şəkər, şəkər
Nazın ölümdən betər
Şəkər, şəkər
Səninlə acım bitər
Şəkər, şəkər (şəkər)
Bu ürək səni sevər
Şəkər, şəkər
Sevirəm de mənə, yetər

Monika Belluççi kimi şirinliyin var (var)
Gucci-mucci sərf eləmir, sən olmusan ‘’star’’ (‘’star’’)
Düş göylərdən (düş göylərdən)
Mənə hərdən (mənə hərdən) elə nəzər
Sənin kimiləri çox görmüşəm mən, ay gözəl (şəkər)

Şə-şə-şəkərin dərdindən diabetik olmuşam
Sənin tək vücuduna, inan, mən vurulmuşam
Artıq yorulmuşam, məcnun olmuşam
Şirin sözlərindən bala-bala sərxoşam

Yandırmışam şərəfinə duyğuların şamını
Öpə-öpə dodaqlarından tuturam badamını
Ahını hiss edir mənim bu isti canım
Sənin ehtirasından qaynayıb buxarlanır qanımı

Gün gələr, acılar bitər
Amma gec olar, indi gəl (gəl)
Belə demədin, xəbər eylədin
Bax, gedirəm, dön gəl

Şəkər, şəkər
Nazın ölümdən betər
Şəkər, şəkər
Səninlə acım bitər
Şəkər, şəkər (şəkər)
Bu ürək səni sevər
Şəkər, şəkər
Sevirəm de mənə, yetər
Şəkər...