Yaşamaq

Yaşamaq

Rəşid Behbudov

Альбом: Yaşayır İnsan
Длительность: 5:07
Год: 2021
Скачать MP3

Текст песни

Yadımdan çıxmayır o odlu illər
O cəbhə yolları, o nəmli səngər
Getdi, qayıtmadı nə qədər əsgər

Yadımdan çıxmayır o odlu illər
O cəbhə yolları, o nəmli səngər
Getdi, qayıtmadı nə qədər əsgər

O günlər dönməsin bir də yenidən
O günlər dönməsin bir də yenidən

Yaşamaq, yaşamaq istəyirəm mən
Yaşamaq, yaşamaq istəyirəm mən

Oyanıb yuxudan bir səhər erkən
Görmədim atamı evimizdə mən
Atasız böyüdüm atalı ikən

O günlər dönməsin bir də yenidən
O günlər dönməsin bir də yenidən

Yaşamaq, yaşamaq istəyirəm mən
Yaşamaq, yaşamaq istəyirəm mən

Qarşımda bir məzar, baş daşı adsız
Bilinmir oğlandır, bilinmir ki, qız
Bir bunu bilirəm, insandır, yalnız
Qoy dünya silahsız bir əsgər olsun
Torpağı qızardan lalələr olsun
İnsanın silahı nəğmələr olsun

O günlər dönməsin bir də yenidən

Yaşamaq, yaşamaq istəyirəm mən
Yaşamaq, yaşamaq istəyirəm mən
Yaşamaq, yaşamaq istəyirəm mən
Mən, mən, mən