Fəsillər (Feat. Xpert)

Fəsillər (Feat. Xpert)

Rashad Rayyan

Альбом: Fəsillər
Длительность: 4:45
Год: 2025
Скачать MP3

Текст песни

Qəribə bir hava var,
Nə payızdır nə də qış.
Buludlardan tökülür,
Qəmli çiskinli yağış.

Ala-toran işıqda,
Yolu azmışam, nədən?
Dizlərimdə sızıltı,
Ruhdan düşüb bu bədən.

Bəla yağır səmadan,
Hər tərəfə od səpir.
Zülm doğur üfiqdə,
Ədalət gözdən itir.

Küçədə, tin-bucağda,
İnsanlığın sorğusu.
Kainatı bürüyür,
Tənhalığın qorxusu.

Bir günəş istəyirəm, isidsin, yandırmasın,
Bir külək istəyirəm, oxşasın, sındırmasın.
Bir yağış istəyirəm, ağlasın, ağlatmasın,
Bir fəsil istəyirəm, getməsin, aldatmasın.

Səbəblər onlar hamısı bəhanədir,
Səni vəsf eləyən şeirlər acizanədir,
Və ləblərim qiyamətin əlaməti,
Ayağlarım bilir başımda fırlanan bəla nədir.

Məsafələr deyil əsl nədən,
Hülul olan havarilər dəyişdilər bədən.
Keçirsə yol Ümrədən və nöqtə dairədən,
Öz başına dönüb duran saatlar da o cümlədən.

Qan gölləri çoxalıb,
Ağaclarda dərd bitir.
Budaqlar çılpaq qalıb,
Torpağa olmur çətir.

Dünya adlı zindanın,
Kədər yatır içində.
Mənəvi tənəzzülün,
Çöküntü var dibində.

Bəlkə dönüb geriyə,
Darvazanı bağlayım?
Qısılıb bir kənara,
Hönkür-hönkür ağlayım.

O kimdir rəhmətiylə,
Gözümün yaşın silən?
Taqqıltı var qapımda,
Yəqin Allahdır gələn...

Halım yenə olub fəna,
Kürəyimdə dualardı bu səfərin yolluğuna,
Saatlar düşüb zaman boşluğuna,
Nəyəm ki, görüm onu, kiməm ki, yetim ona,

Naxışlar nəqş olunub, üzündə,
Hürufilər dəli olub qalıb çölün düzündə
Bütün cazibəni cəm eləyib özündə,
Hiss əqildən ağırdı tərəzinin gözündə.

Bir günəş istəyirəm, isidsin, yandırmasın,
Bir külək istəyirəm, oxşasın, sındırmasın.
Bir yağış istəyirəm, ağlasın, ağlatmasın,
Bir fəsil istəyirəm, getməsin, aldatmasın.