Tut Əlimdən

Tut Əlimdən

Röya

Альбом: Tut Əlimdən
Длительность: 3:00
Год: 2023
Скачать MP3

Текст песни

Sonu varmı?
Didəcək bəs nə qədər qəlbimi həsrət?
Səni verdi, amma
Hər şeyimi mənim aldı məhəbbət
Dözərəm mən
Mənə güc verdi, səbir verdi ümidlər
Dözə bilsən
Əridər dağdan uca dərdi ümidlər
Sonu varmı?
Didəcək bəs nə qədər qəlbimi həsrət?
Səni verdi, amma
Hər şeyimi mənim aldı məhəbbət
Dözərəm mən
Mənə güc verdi, səbir verdi ümidlər
Dözə bilsən
Əridər dağdan uca dərdi ümidlər

Tut əlimdən
Mənə sənsiz yaşamaq dərddir
Gülüm, gəl, tut əlimdən
Öləcəmsə, qoy əllərində ölüm mən
Tut əlimdən
Görürəm təkcə bu xoşbəxtliyi səndə
Tut əlimdən, desələr
"Kimdədir könlün?", - de ki, məndə

Geri dön ki
Yaşayaq bir də həmin günləri təkrar
Geri dön ki
Səni səndən daha çox sevənin var
Gəl, həyatım
Səni yollarda gözüm axtarır hər gün
Gəl, əzizim
Sənə qəlbim dil açıb yalvarır hər gün

Tut əlimdən
Mənə sənsiz yaşamaq dərddir
Gülüm, gəl, tut əlimdən
Öləcəmsə, qoy əllərində ölüm mən
Tut əlimdən
Görürəm təkcə bu xoşbəxtliyi səndə
Tut əlimdən, desələr
"Kimdədir könlün?", - de ki, məndə
Tut əlimdən
Mənə sənsiz yaşamaq dərddir
Gülüm, gəl, tut əlimdən
Öləcəmsə, qoy əllərində ölüm mən
Tut əlimdən
Görürəm təkcə bu xoşbəxtliyi səndə
Tut əlimdən, desələr
"Kimdədir könlün?", - de ki, məndə