Bir Sözüm Var

Bir Sözüm Var

Sərvət Əsəd

Альбом: Bir Sözüm Var
Длительность: 3:21
Год: 2025
Скачать MP3

Текст песни

Sən mənim qəlbimdən çıxmadın gülüm.
Dilimdən adın da düşmədi bil ki,
Közərdi içimdə alışdı külüm,
O sənli yuxular bir ümid sanki.

Atmadım başımdan ağlımdan bir an,
Yadıma düşəndə ağlayar gözüm.
Sızlayar sənində qəlbində yaran,
Qarşıma çıxmağa eh yoxki üzün!

[ Nəqarət ]

Bir sözüm var bu qəlbimdə duysan nə gözəl.
Hislərim var, duyğularla sevsən nə gözəl.
Gömdüm səni mən ürəyimdə dərinlərdə,
Eşqin başımda hər gecə əsər əsər.

[ Bənd ]

Darıxsan ömrümə qayıt yenə gəl,
Mən elə həminəm, keçsə də illər.
Bəlkə də dönüşün imkanı yoxdu,
Bizi əldən salıb dərbədər illər.

Çətin aşiq olam, çətin vurulam,
Sevmərəm kimsəni sevmərəm birdə.
Soruşsan yerimi sorağımı sən,
Qayıt məni axtar həmən o yerdə.

[ Nəqarət ]

Bir sözüm var bu qəlbimdə duysan nə gözəl,
Hislərim var, duyğularla sevsən nə gözəl.
Gömdüm səni mən ürəyimdə dərinlərdə,
Eşqin başımda hər gecə əsər əsər.