Cavanlıq
Seymur Məmmədov
3:34Dumanlı dağların başında durdum, Dumandan özümə bir xeymə qurdum, Keçdi xəyalımdan öz gözəl yurdum, Dumanlar başımda duman göründü. Xəzər Dənizi tək eşqinlə coşdum, Xülyalar içində sanki bihuşdum, Vətən arzusu ilə nəğmələr qoşdum, Tufanlar qarşımda dastana döndü. Könüllər cəlb edən bu xoş mənzərə, Şövqümü artırdı şerə qəzələ, Çarpdıqca vətənim, elim nəzərə, Təbiət də mənə heyran göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar vətən yaxşıdır, Vahid sorma vətən nədən yaxşıdır, Adı gəlcək könlüm xəndan göründü.