Gedək Üzü Küləyə
Şövkət Ələkbərova
4:23Mən səni görməyə kəndə canana Bahar xoş ətrini saçanda gəlləm Təzə bar düşəndə bağa-bostana Lalələr, nərgizlər açanda gəlləm Süzülsün çaylara Dağların qarı Gözəldir seyr etmək Coşan suları Çiçəkdən kəpənək Pətəkdən arı Qalxıb güldən-gülə Uçanda gəlləm Bürünsün dağların döşü zanbağa Sürülər baş alıb yönəlsin dağa Çobanlar baxmayıb şaxta-sazağa Bu yurddan o yurda köçəndə gəlləm Süzülsün çaylara Dağların qarı Gözəldir seyr etmək Coşan suları Çiçəkdən kəpənək Pətəkdən arı Qalxıb güldən-gülə Uçanda gəlləm Yolumu kəsməyib nə çovğun, nə qar Kəsibdir dil açan, dinən arzular Önündə imtahan, qüssəli dağlar Qalxıb zirvəsindən aşanda gəlləm Süzülsün çaylara Dağların qarı Gözəldir seyr etmək Coşan suları Çiçəkdən kəpənək Pətəkdən arı Qalxıb güldən-gülə Uçanda gəlləm