Tez Gəl
Şövkət Ələkbərova
2:22Hər gün məni izləyirsən kölgə kimi Deyirsən ki: "Tükətdin tamam səbrimi" Söz açıb, and içirsən hər addım başı Yalvarırsan: "Könlümün, gəl, ol sirdaşı" Şirin dilin var, xoş qamətin Kənd içində çoxdur şöhrətin Kənd qiymətli üzükdür, mən onun qaşı Soyuq olma, alışdı bağrımın başı Oğlan, sənin sözünü saymıram yalan Gəlini də göz üstdə saxlayar anan At sürərsən yel kimi cıdır zamanı Toylarda sənin kimi saz çalan hanı? Dostların sevir söhbətini Hərə sayır xoş ülfətini Səni görəndə çoşur gənclərin qanı Gəzirsən qarış-qarış kəndi, obanı Könül vermir, bəs niyə, bircə qız sənə? Qız düşüncək hamı deyir qayğısız sənə Niyə susdun, sözümdən bəlkə utandın? Boş dolanma, işində dillənsin adın O vaxt, böyük oğlan, hər gənc ürək Səni xoşlayacaq, sevəcək Qızların nəğməsində gəzəcək adın Anana deyəcəklər: "Gözlərin aydın!"