Gözəl Dünya, Gözəllərin Var Olsun (Feat. İslam Rzayev)

Gözəl Dünya, Gözəllərin Var Olsun (Feat. İslam Rzayev)

Süleyman Ələsgərov

Длительность: 3:22
Год: 2010
Скачать MP3

Текст песни

Gülüşündə güllər açdı könlümüz
Gözəl dünya, gözəllərin var olsun
Vurğunu da, yorğunu da biz olduq
Gözəl dünya, gözəllərin var olsun
Gözəllərin var olsun

Neçə dəfə pəncərədən daş gəlib
Neçə dəfə xumar gözdən yaş gəlib
Neçə dəfə pəncərədən daş gəlib
Neçə dəfə xumar gözdən yaş gəlib
Sevən kəslər Allaha da xoş gəlib
Gözəl dünya, gözəllərin var olsun
Gözəl dünya, gözəllərin var olsun
Gözəllərin var olsun

Qız çiçəkdir, o çiçəkdə şeh mənəm
Qız çəməndir, o çəməndə meh mənəm
Gözəlliyə beş-on günlük mehmanam
Gözəl dünya, gözəllərin var olsun
Gözəllərin var olsun

Əcəl ömrü zəmi kimi biçsə də
Şərbət bilib bir qurtuma içsə də
Əcəl ömrü zəmi kimi biçsə də
Şərbət bilib bir qurtuma içsə də
Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də
Gözəl dünya, gözəllərin var olsun
Gözəl dünya, gözəllərin var olsun
Gözəllərin var olsun
Var olsun