Gözəl Şuşa (Feat. Ehtiram Hüseynov)

Gözəl Şuşa (Feat. Ehtiram Hüseynov)

Süleyman Ələsgərov

Длительность: 3:53
Год: 2014
Скачать MP3

Текст песни

Səni hər görəndə tanımaq olmur, a Şuşam
İldə bir qərinə cavanlaşırsan
Səni hər görəndə tanımaq olmur, a Şuşam
İldə bir qərinə cavanlaşırsan

Sən cavan hüsnünlə qoca dağlara, ay aman
Mehriban şəhərim, çox yaraşırsan
Sən cavan hüsnünlə qoca dağlara, ay aman
Mehriban şəhərim, çox yaraşırsan

Hər yay sənin yaylağına
Uçub gələn azad quşam
Nə gözəlsən, mənim Şuşam
Cəlalına vurulmuşam

Qoy yenə seyr edim Cıdır düzündən, ay aman
Füsunkar gözəli hər səhər-axşam
Qoy yenə seyr edim Cıdır düzündən, ay aman
Füsunkar gözəli hər səhər-axşam

Sevgilim küssə də mənim sözümdən, ay aman
Mən deyə bilmərəm səndən doymuşam
Sevgilim küssə də mənim sözümdən, ay aman
Mən deyə bilmərəm səndən doymuşam

Hər yay sənin yaylağına
Uçub gələn azad quşam
Nə gözəlsən, mənim Şuşam
Cəlalına vurulmuşam

Harada dağ görürəm, gözüm önündə, ay aman
Şuşanın dağları gəlib dayanır
Harada dağ görürəm, gözüm önündə, ay aman
Şuşanın dağları gəlib dayanır

Hər söhbət düşəndə cah-calalından, ay aman
Qəlbimdə min yeni arzu oyanır
Hər söhbət düşəndə cah-calalından, ay aman
Qəlbimdə min yeni arzu oyanır

Hər yay sənin yaylağına
Uçub gələn azad quşam
Nə gözəlsən, mənim Şuşam
Cəlalına vurulmuşam