Vətənimdir (Feat. Bülbül)
Süleyman Ələsgərov
4:12Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm Sözü xoş nəğməli dillərdə həqiqət görürəm Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ Əbədi şölə saçan çilçırağımsan, Qarabağ Şuşası şeirimizin, Şuşası şeirimizin Çeşməsi dilbər Qarabağ Sən Azərbaycanımın, sən Azərbaycanımın Şöhrətisən, can Qarabağ, şöhrətisən, Qarabağ Gül-çiçək ətri hopub qızlarının dillərinə Yayılıb varlığının qüdrəti dost ellərinə Qoymaram yad əli dəysin bağının güllərinə Qoymaram yad əli dəysin bağının güllərinə Mən Süleyman, səninəm, sən də mənimsən, Qarabağ Mən Süleyman, səninəm, sən də mənimsən, Qarabağ Vətənimsən, vətənimsən, vətənimsən, Qarabağ, Qarabağ