Necəsən Bu Gün (Akustik)

Necəsən Bu Gün (Akustik)

Tomris

Длительность: 4:12
Год: 2025
Скачать MP3

Текст песни

Günlər oldu, heç evimdən çıxmadım
Zənglər çaldı, heç birini açmadım
O sevdiyim film vardı, baxmadım
Qəmliyəm, necə qəmliyəm bu gün
Daha sənin şəklinə də baxmadım
Sildim, atdım, yalnız birin saxladım
Gözlərimi ovcumla bağladım
Ağladım, necə ağladım
Soruşdunmu: "Necəsən bu gün? Necə keçir gün?"
Heç oldumu, ürəyin dola, amma dil susa?
Unutdunmu? Elə bir anda gələm ağlına
Heç olmurmu, yada düşənlər qala yanında?

Günəş doğdu, pərdələri bağladım
Güllər soldu, heç birini atmadım
Ən üstdəki tozlu rəfdə saxladım
Ağladım, yenə ağladım bu gün
Səssiz getdin, görüşünə çatmadım
Qəhər boğdu, həmin gecə yatmadım
Çox axtardım, heç özümü tapmadım
Yoruldum, daha yoruldum
Soruşdunmu: "Necəsən bu gün? Necə keçir gün?"
Heç oldumu, ürəyin dola, amma dil susa?
Unutdunmu? Elə bir anda gələm ağlına
Heç olmurmu, yada düşənlər qala yanında?
Soruşdunmu: "Necəsən bu gün? Necə keçir gün?"
Heç oldumu, ürəyin dola, amma dil susa?
Unutdunmu? Elə bir anda gələm ağlına
Heç olmurmu, yada düşənlər qala yanında?

Soruşdunmu: "Necəsən bu gün? Necə keçir gün?"
Heç oldumu, ürəyin dola, amma dil susa?
Unutdunmu? Elə bir anda gələm ağlına
Heç olmurmu, yada düşənlər qala yanında?
Soruşdunmu: "Necəsən bu gün? Necə keçir gün?"
Heç oldumu, ürəyin dola, amma dil susa?
Unutdunmu? Elə bir anda gələm ağlına
Heç olmurmu, mənə bənzəyən çıxa qarşına?