Gizli Nomre
Uzeyir Mehdizade
5:01Danışa danışa dərdimi Sizə deyirəm sirrimi Olan rəvayətdi bu Düzdü cinayətdi bu Çox deyirdiz rəvayət Yazıb çıxar nəhayət Mən də yazıb çıxartdım Olanları yaratdım Həyatda ən şad günüm Olan günü ad günüm Bir uşaq özünü yetirdi Əlində pay gətirdi Tutub əlində göstərib Dedim ki, kim göndərib? Dedi ki, gözəl qız idi Parlayan ulduz idi Amma adını bilmədim Mən də fikir vermədim Əyləşib oturacağa Gəlib dilə dodağa Sağlıqlar söylədik Şad gün qeyd eylədik Yeyib içəndən sonra Hamı gedəndən sonra Biri mənə zəng eylədi Mən fanatınızam dedi Dərdi,qəmi unutdum Səsinizə aşiq oldum Hətta şirin dilin var Soruşdu sevgilin var? Çəkmədim iztirabı Belə verdim cavabı Qürurum, iftixarım Vardı sevgili yarım Yad ellərə vermərəm Özgəsini sevmərəm Qız susaraq dayandı Bir iki dəqiqə yubandı Ah çəkərək inlədi Biraz səsi titrədi Məndə dözmüyüb ürək Dedim dost olaq gərək Çox ürəysiz danışdı Gəl amma razılaşdı Mən başa düşdüm onu Söndürərək telefonu Biraz xəyal eylədim Özümə sual eylədim Sizi sevirəm söylüyən Kim idi zəng eyləyən Yenə də fikir vermədim Çox dalınca düşmədim Dedim nömrəsin silim Görməsin öz sevgilim Sevgilimlə yanbayan Gəzişirdik şad iman Birisi gəlirdi dalda İçkili sərxoş halda Gəlib bizə söz atdı Maneələr yaratdı Yoxdur onun vicdanı Qırağa çəkdim oğlanı Heç əlimi də vurmadım Yaxasından tutmadım Dediylərim doğrudu Böyük adamın oğludu Tələ imiş sən demə Quruldu bir məhkəmə Guya mən çağırmışam O oğlanı vurmuşam Biraz söhbət uzandı Hamı susdu dayandı Söz verildi hakimə Olunsun mühakimə Hakim durdu danışdı Olanlarla barışdı Qəfil bilmədim niyə Tamamlandı faciə Bu nə iş idi söylədim Özüm təəccüb eylədim Gözləmirdim inan ki Möcüzə oldu sanki Elə bu dəm bu zamanda Bu gözlənilməz anda Gəldi bayırdan xəbər Məni çağırdı bir nəfər Dedi ürəyini dağlama Verdi bağlı bağlama Çox güman ki puluydu Uzun, açıq yoluydu O pul hakimə çatdı Dedi bu oğlan azaddı Günahı yoxdur qəti Bağladı bu söhbəti Bitti bu söhbət belə Dərd qabaqdadır hələ Günlərin bir günündə Yenə Bakı məskənində Gəzirdim dolanırdım Maşınla fırlanırdım Mən fikirdə xəyalda Biraz fikirli halda Çıxdı bir uşaq yola Kim istəyər belə ola Tez yolumu dəyişdim O an qəzaya düşdüm Sağ deyə qalsın adam Maşını aşırtdım tamam Tutdu qaraltı gözümü İtirdim onda özümü Xəstəxanada ayıldım Çox çətin nəfəs aldım Həkim otağa girdi Görüb məndəki dərdi Dedi ki sənə müvəqqəti Gəzişmək olmaz qəti Biraz xəyala getdim Axı nədən sual etdim Məyus olma söylədi Çarəsi vardır dedi Gəzməyəsən sən gərək Qorxma eliyərik kömək Var amması bir dənə Pul kömək eliyər sənə Oğlum bir məni dinlə Gərək valideyninlə Söhbət edim bu haqda Bir maddi maraqda Sağlam olarsan onda Sözünü bitirdi sonda Dedi evə göndər xəbər Ya burda qal bir qədər Pul gələcəksə gəlsin Həkim də işini bilsin Çıxdı otaqdan çölə Mənsə çarəsiz belə Qaldım axı neyliyim Kimə bu dərdi söylüyüm O pul bizdə də yoxdu Bu dərd ürəyimə oxdu Düşünürdüm hər gecə O pulu verəcəyik necə Get gedə birdən birə Dözmüyüb bu təsirə Çox dəyişdi əhvalım Güman yoxdu sağ qalım Mənə elə pərvərdigar Veribdi səbri qərar Dözdüm o günü bir təhər Ta ki açılsın səhər Sonra görüm neylərəm Kimlərə zəng eylərəm Hər saat düşünürdüm Çox aciz görünürdüm Gözlədiyim məqamlar Mənə gətirdi inamlar Taleyim üzümə güldü Bu dəm qapı döyüldü Həkim otağa girdi Bir şad xəbər gətirdi Dedi çox üzmə ürəyini Bir kəs edir köməyini Səhər zəng edib mənə Mən kömək eləyim sənə Qorxma yoxdu qorxusu Budur sözün doğrusu Vaxta az qalıb deyə Başlayaq cərrahiyə Mənim canımı dərd alıb Əməliyyata az qalıb Ağrı vardı dizimdə Amma yenə də gözümdə Sevgilimdi sevgilim Adını dad edir dilim Gəlib gedən çox idi Bir dostum yox idi Xəstəxanaya yönəldi Nəhayət o da gəldi Öpdü mənim üzümdən Yaş süzüldü gözümdən Mənə dedi ki darıxma Sən heç də özüvü sıxma Əməliyyatdı sadəcə Düzgün olar müalicə Əzablara dözərsən İnşAllah gəzərsən Düşündüm handan hana Sual verdim oğlana Sevdiyim yar hardadı? Gözüm intizardadı Çox qəribə qız çıxıb Yaman vəfasız çıxıb Qız haqqında danışdı Ürək yandı alışdı Biraz oldum halbahal Bir daha verdim sual Qız haqqında soruşdum Hirslənib elə coşdum Biraz da etdim qəzəb Soruşdum nədir səbəb? Sənin təmiz sevgilin Candan əziz bildiyin Bir daha sevmir səni Tərk eləyir ölkəni Çıxıb gedir qürbətə Hələ qulaq as söhbətə Deyir xəstə bir oğlan Ayağı şikəst yarımcan O ömürlük zəlildi Mənə yaraşmaz əlildi Qəlbimi sıxdı getdi Naz ilə çıxdı getdi Mən də yoluma düzəldim Nəhayət bura gəldim O öz sözünü qutardı Məni də fikir apardı Gözümdən yavaş yavaş Damla damla gəldi yaş Dua etdim Allaha Ayağa durum bir daha Məni nöş atdı sevgilim Hərşeyi ondan bilim Həkim gəldi otağıma Yaxınlaşdı yatağıma Üzümə baxdı qəflətən Dedi narahat olma sən Eləməliyik əməliyyat Uzağı olar bir saat Ayağa durarsan yenə Həyat xoş gələr sənə Şükür ki sağ salamat Axır oldum əməliyyat Yenə qayıtdım otağıma Uzandım öz yatağıma Xeyli vaxt belə getdi Məni kim əməliyyat etdi Yenə də yanıma gəldi Dedim ki halım düzəldi Mən də razıyam dedim Ayağa durmaq istədim Tutdu mənin qolumdan O biri həkim solumdan Özümü sıxıb bir təhər Durdum ayağa bir qədər Şükür ki pərvərdigar Yenə gəzəcəm ümid var Möcüzədi möcüzə Sanki güc gəlir dizə Allah oldu dayağım Addım atdı ayağım Sağalmağıma əmindim Üzüm güldü sevindim Şən yeriməyə başladım Mən yeriməyə başladım Keçdi bir həftə müddət Getdim evimə nəhayət Həm istək həm arzudu Yeganə fikrim budu Mən o qıza zəng eyləyim Son sözümü söylüyüm Sanki yandım alışdım Zəng elədim danışdım Son dəfə xaişim var Sənə sözüm var, işim var O da dedi ki üç tamam Hava limanına vəssalam Gələrsən gedirəm mən Vətəni tərk edirəm mən Fikrinə oldum şərik Dedim yaxşı görüşərik Ayağa qəzəblə durdum Gedib maşına oturdum Fikirli həmin anda Əsirdim həyəcanda Sağ sola baxmayırdım Mən yola baxmıyırdım Bu dəm yolun sağından Maşınımın qabağından Bir xanım tələsirdi O öz yolunu gedirdi Bu olmadı bilə bilə Sürət ilə bərk ilə Bilmədim necə vurdum Çaşıb yerimdə durdum Çapalayırdı əsə-əsə Ehtiyac yox heç kəsə Əlimlə tək başıma Qoydum o qızı maşına Xəstəxanaya gətirdim Birdən özümü itirdim Boş yerə qan gedirdi O öz canını verirdi Xəstəxanaya yetişdim Maşından yerə düşdüm Onu apardı həkimlər Xəbər verdisə kimlər Gəldi yaşlı bir qadın Səsliyərək övladın Mənim qızımı kim vurub O yerdə sakit durub Həkim dedi bu kəsdi Artıq hərşey əbəsdi Deyə deyə son sözünü Yumdu qızın gözünü O son sözünü belə dedi Dedi ki günah məndədi O öz yolunu gedirdi Maşını yavaş sürürdü Gedirdim addım addım Özümü qabağına atdım Günahsızdı o oğlan Mən etdim özümü qurban Anası gözlərində yaş Mənə baxıb yavaş yavaş Ağlayıb inləyirdi Nəsə demək istəyirdi Özünə gəlib bir təhər Özünə gəlib bir qədər Dedi deyilsən özgəsi Qızım sevdi bir kəsi Elə o kəs də sən oldun Sən ona düşmən oldun Telefonuna zəng edən Mən fanatınızam deyən O vaxtı şad günündə Elə sənin ad günündə Sənçün ərməğan verən Belə zərəfa göndərən Bu vurduğun qız idi Tək idi yalqız idi Sənçün hərşey eylədi Axı nə pislik eylədi O biri bağlama vardı Səni ki darda qutardı Onu da o göndəribdi Köməyin ona veribdi Xəstəxanada yatanda Xəbər qızıma çatanda Köməklik eləyib sənə Sən ayağa durdun yenə Sonda öldüyü halda Səni tutaraq xəyalda Yenə də xilas eylədi Yox günahın söylədi Xəyala daldım o yerdə Düşünüb hərşeyi bir də Mənim üçün eləyib nələr Həyatını etdi hədər Heyif ki vurdum onu Çatdı ömrünün sonu Yarım oldu vəfasız Məni sevirdi ölən qız Sevgimi vurdum daşa Hər şeyi düşdüm başa Bu idi əsl məhəbbət Olmadı mənə qismət Qoy bütün sevilənlər Səni sevirəm deyənlər Bu sözə sadiq olanla Ömrünü versin yola Bu idi başıma gələnlər Sağolsun eşidənlər Bu idi başıma gələnlər Sağolsun eşidənlər