Gəlsin (Feat. Ilkin Dövlətov)

Gəlsin (Feat. Ilkin Dövlətov)

Vüqar Camalzadə

Альбом: Dövri-Səda
Длительность: 5:18
Год: 2024
Скачать MP3

Текст песни

Badi-səba, söylə mənim yarıma
Gözəllər çıxıbdır seyrana, gəlsin
Təğafül etməsin, işrət çağıdır
İçilir hər yerdə peymanə, gəlsin

Bənövşələr salsın başın aşağa
Nərgiz olsun gözlərinə sadağa
Bənövşələr salsın başın aşağa
Nərgiz olsun gözlərinə sadağa

Gül camalın görüb düşsün torpağa
Bülbülü gətirsin əfqanə, gəlsin
Gül camalın görüb düşsün torpağa
Bülbülü gətirsin əfqanə, gəlsin

Siyah zülfü tər buxaqda dənlənib
Sonalar yerişi ondan öyrənib
Siyah zülfü tər buxaqda dənlənib
Sonalar yerişi ondan öyrənib
Ovçu görmüş maral kimi səksənib
Oğrun baxa-baxa hər yanə, gəlsin

Barmağında xatəm, belində kəmər
Telində güşvarə, düymə tamam zər
Qərq olsun yaşıla ala sərasər
Naz ilə sallana-sallana gəlsin
Qərq olsun yaşıla ala sərasər
Naz ilə sallana-sallana gəlsin
Hey, hey-hey

Badi-səba, söylə mənim yarıma
Gözəllər çıxıbdır seyrana, gəlsin
Təğafül etməsin, işrət çağıdır
İçilir hər yerdə peymanə, gəlsin

Bənövşələr salsın başın aşağa
Nərgiz olsun gözlərinə sadağa
Bənövşələr salsın başın aşağa
Nərgiz olsun gözlərinə sadağa

Gül camalın görüb düşsün torpağa
Bülbülü gətirsin peymanə, gəlsin
Gül camalın görüb düşsün torpağa
Bülbülü gətirsin peymanə, gəlsin

Siyah zülfü tər buxaqda dənlənib
Sonalar yerişi ondan öyrənib
Siyah zülfü tər buxaqda dənlənib
Sonalar yerişi ondan öyrənib
Ovçu görmüş maral kimi səksənib
Oğrun baxa-baxa hər yanə, gəlsin

Sürmə çəksin gözlərinə, qaşına
Gündə min yol mən dolanım başına
Zakirtək yanmağa eşq atəşinə
Cürəti var isə, pərvanə gəlsin
Zakirtək yanmağa eşq atəşinə
Cürəti var isə, pərvanə gəlsin
Cürəti var isə, pərvanə gəlsin