Nədir (Feat. Nəzakət Teymurova)
Vüqar Camalzadə
5:02Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun Yaxşı əl tut ki, sitəm, dərdü-qəm asan olsun Qorxuram ki, verərsən dadımi ürəyindən Böylə söz, bəs böylə vədə, söylə, necə payan olsun? Oxşayıb acizi hər an belə istər dilbər Oxşayıb acizi hər an belə istər dilbər Tez cəza hökmü verib, gec də peşiman olsun Ey pəri üzlü yar, Nizami gözləyər səni, gəl, gəl Könlümün evi bir mülki-Süleyman olsun! Könlümün evi bir mülki-Süleyman olsun! Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun Yaxşı əl tut ki, sitəm, dərdü-qəm asan olsun Qorxuram ki, verərsən dadımi ürəyindən Böylə söz, bəs böylə vədə, söylə, necə payan olsun? Oxşayıb acizi hər an belə istər dilbər Ey, gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi Tər axıb gül yanağından, bulud örtmüşdü Ayı Onu düşmənmi qovub, onu düşmənmi qovub? Könlü qubar gəlmiş idi Yar... Yar, ay... Oxşayıb acizi hər an belə istər dilbər Tez cəza hökmü verib, gec də peşiman olsun Ey pəri üzlü yar, Nizami gözləyər səni, gəl, gəl Könlümün evi bir mülki-Süleyman olsun! Könlümün evi bir mülki-Süleyman olsun! Könlümün evi bir mülki-Süleyman olsun! Könlümün evi bir mülki-Süleyman olsun!