Sarılır Qollarım Həsrətinə

Sarılır Qollarım Həsrətinə

Xəyal Bəhərçinov

Длительность: 3:04
Год: 2024
Скачать MP3

Текст песни

Sarılır qollarım həsrətinə
Darıxmışam, amma daha gözləmirəm
Ürəyim yanır, amma ona döz demirəm
Necə deyim ki sənə axı, dön geriyə?

Sarılır qollarım həsrətinə
Darıxmışam, amma daha gözləmirəm
Ürəyim yanır, amma ona döz demirəm
Necə deyim ki sənə axı, dön geriyə?

Sarıldı qollarım, yenə olmadı
Haram etdin, bax, halal olmadın
Qarışdı həsrətin özləminə, gülüm
Yandım hər gün, yalan olmadın

Fərqli notlar üzərində rəqs eləsin musiqilər
Bir cənnət guşəsində qanadı qırıq hurilər – savablarım
Danış, de ki, nə dad qalıb?
O qəmzəndə ölmək üçün qaçaram mən ayaqyalın

Dərdə tən olmusan mənlə
Mən də sən olmusan həm də
Sürmə çəkdiyin gözlərə aşiq olmuşam
"Bəlkə yanılmısan?" demə, nazlı yarımsan – denən

Yoxsa mən də, sən də bir yalançı eşqin arxasında qalmışıq?
Dön geri, gəl! Bu nədi ki, sən bacarmadın?
Aldın ruhumu, getdin – məni niyə aparmadın?
De, görüm nə xeyri var yaramı daha da qanatmağın?

Danışır amma bilirəm – yalançıdır dodaqların
Canım yanır, gözümün önünə hər dəfə surətin gəlir
Ölmürəm sənsiz, amma yaşamaq çətin gəlir
Səndə günah yoxdu, gülüm – bu gün məni hüznlü say
Kasıb ürəyinə bahalı sevgi verdim, onu da üzrlü say

Bu qədər yorğun ruh var ölmüş bədən
Şərab yerinə kədərlərlə dolmuş qədəh
Sevgilərdə şər, bir insan gedər – deşər
"Unutmadım" – çox qəlbdə yaratmışdı bir əsər

Gəlmədinmi, yar?
Baxdıqca gözlərində ölmədimmi, yar?
Bu eşqi sətirlərdə görmədinmi, yar?
Nəysə... danış, bir az sevmədinmi, yar?

Sarılır qollarım həsrətinə
Darıxmışam, amma daha gözləmirəm
Ürəyim yanır, amma ona döz demirəm
Necə deyim ki sənə axı, dön geriyə?

Sarılır qollarım həsrətinə
Darıxmışam, amma daha gözləmirəm
Ürəyim yanır, amma ona döz demirəm
Necə deyim ki sənə axı, dön geriyə?