Mənə Bir Az Göy Bağışla

Mənə Bir Az Göy Bağışla

Xanım Ismayılqızı & Nel

Длительность: 4:26
Год: 2025
Скачать MP3

Текст песни

Mənə bir az göy bağışla
Oralarda uça bilim
Ayaqlarım yorulanda
Vücudumdan qaça bilim
Mənə bir az yer bağışla
Ürəyin üstündə durum
Zamanımın saatını
Çevirib tərsinə qurum
Mənə bir az Ay bağışla
Gecədən aşağı olsun
Hər gün doğulsun dünyaya
Ruhumun uşağı olsun
Mənə bir az göy bağışla
Oraya qısıla bilim
Ayaqlarım yorulanda
Havadan asıla bilim
Mənə bir az göy bağışla
Oraya qısıla bilim
Ayaqlarım yorulanda
Havadan asıla bilim

Mənə bir az gün bağışla
Günəşi üzünə çəksin
Gəldiyimi, getdiyimi
O günün izinə çəksin
Mənə bir az söz bağışla
Bitdiyi yeri olmasın
Elə gəlsin, elə getsin
Ölümü diri olmasın
Mənə bir az Ay bağışla
Gecədən aşağı olsun
Hər gün doğulsun dünyaya
Ruhumun uşağı olsun
Mənə bir az göy bağışla
Oraya qısıla bilim
Ayaqlarım yorulanda
Havadan asıla bilim
Mənə bir az göy bağışla
Oraya qısıla bilim
Ayaqlarım yorulanda
Havadan asıla bilim
Ayaqlarım yorulanda
Havadan asıla bilim
Mənə bir az göy bağışla