Tək Qalmışam (Feat. Epi)

Tək Qalmışam (Feat. Epi)

Yap10

Длительность: 3:54
Год: 2017
Скачать MP3

Текст песни

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm 

Bu elə bir yoldur ki, qızım,  eləcə gedirəm tək 
Gah səhv edirəm, gah da ki edirəm səhv
Mən içkiliyəm bu özümə edir ləzzət 
Sən söhbəti tutmayassan, qızım, mən gedim, neysə

Üzümü tuturam bütün meyvə sevən insanlara 
Üzümü sevmək daha asanddır, nəinki insanları 
Yəqin ki, çox sevməyə vaxtı yoxdur insanların  
Vaxtında sevin, dünya vaxtsız alır insanları.

Sənə sual verirəm "məni nə qədər çox sevirsən?" 
Mənə deyirsən: söz ver kimisə döyməyəcəksən
Bir saatdır dayanmışam qapınızın ağzındayam 
Qapınızı döymürəm ki, məni çox sevəcəksən

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm 

Həmişə sən susan, mən danışan
Qəlb almışam, bir də qəlb satmışam
İçmişəm xəyalına dəm dalmışam
Mən sən gedəndən nə qədər vaxtı tək qalmışam 

Tək qalandan tək qaldım 
Bu ağır yükü bir də tək qaldır  
Mən gətirə bilmərəm tək ardını 
Adın ürəyimə yazılan tək qadın
Sanki yağışlar axmaz damlardan 
Qorxar qaranlıqda şamlardan
Pərilər küsər bu ilhamlardan 
Biz gəlməsək gəl üzbə-üz
- 
Bülbülər də qaçar bağlardan  
Qartallar hürkərdi dağlardan
Birləşərdi sollar sağlarla
 Biz gəlməsək gəl üzbə-üz. 
 
Tökülüb əfsus ki, yarpaqlar 
 Bil, ətirli güllər, torpaqlar
Göy qurşaqsız var dağlar 
Biz gəlsək də sənlə üzbə-üz
-  
Sevgili gününə alınan qolmaqlar 
Yad birinə görə bəzənər dırnaqlar
Barmaqını sıxır yad barmaqlar  
Biz gəlsək də sənlə üzbə-üz 
 
Səndə səhv olub! indi rədd olub get
Dərd odur ki, səndə bədd dolu günlərim  
Sevmədiyinə sən əmin olub get! 
Onsuz da tək qalmışam

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm 

Tək qalmışam, bax tək qalmışam
Çox içmişəm, qapını səhv salmışam
Yad biri açıb onu sən sanmışam 
Mən tamamilə yad biri ilə dərdləşmişəm