Mən Sənsiz (Dəli Rüzgar)
Ayaz Babayev
3:12Səhərə nə qalır? Ulduzlar sönür Səhərin yolları gecədən keçir Üfüqdə bir solğun şəfəq görünür Bu da bir qəribə gecədir, keçir Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa? Gördünmü, ay necə baxır ocağa Elə bil alovdan nur çəkir, keçir Gecələ bu ilıq gecəni məndə Yada sal olanı, keçəni məndə Gecələ hər gecələr, gecəni məndə Deyirsən gedirəm, gecədir, gecdir Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa? Gördünmü, ay necə baxır ocağa Elə bil alovdan nur çəkir, keçir Bağa gəlib, gecələ gecəni məndə Gizlətmə olanı, keçəni məndən Səni ayrı salan gecəmi məndən Onun nə günahı, gecədir, keçir Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa? Gördünmü, ay necə baxır ocağa Elə bil alovdan nur çəkir, keçir Gecələr keçir